XƏBƏRLƏR / Sanksiya

“İran Air”: İstanbul və Bakıya uçuşlar davam edir

Bu barədə aviaşirkətin yaydığı açıqlamada bildirilib

“İran Air”: İstanbul və Bakıya uçuşlar davam edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “İran Air”in İstanbul, Bakı və Nəcəf şəhərləri üzrə reysləri davam edir.

    Bu barədə “İran Air”in yaydığı açıqlamada bildirilib.

    Qeyd edilib ki, Türkiyə, Azərbaycan və İraqın aviasiya qurumlarından İstanbul, Bakı və Nəcəf reyslərinin dayandırılması və ya təxirə salınması ilə bağlı indiyədək heç bir rəsmi bildiriş və ya göstəriş daxil olmayıb.

    “İran Air” bildirir ki, hər hansı rəsmi bildiriş daxil olana qədər bu istiqamətlərə uçuşlar mövcud cədvələ uyğun həyata keçiriləcək.

    Açıqlamada o da qeyd olunub ki, rəsmi bildiriş daxil olduqdan sonra uçuş cədvəlində hər hansı dəyişiklik edilərsə, bu barədə sərnişinlərə şirkətin rəsmi informasiya kanalları vasitəsilə məlumat veriləcək.

    Xatırladaq ki, bu ayın əvvəlində ABŞ Maliyyə Nazirliyi İranın mülki aviaşirkətlərinə, yerüstü xidmət və yükdaşıma şirkətlərinə, eləcə də aviasiya komponentləri təchizatçılarına qarşı sanksiyalar elan edib.