Rusiya bir sıra Gürcüstan içkilərinin idxalını qadağan edib
Bu barədə Gürcüstan mətbuatı xəbər verir
Rusiya bir sıra Gürcüstan spirtli və spirtsiz içkilərinin idxalını və satışını müvəqqəti olaraq qadağan edib.
Qadağaya "Nabeglavi" mineral suyu, Gürcüstanda istehsal olunan Coca-Cola, "Georgian Beer Company" pivəsi, "Teliani Valley", "Tbilvino" və "Wineman" şərabları, eləcə də "Askaneli Brothers" şərabları və konyakları daxildir.
Məhdudiyyətlər "məhsulun müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun gəlməməsi" səbəbindən tətbiq edilib.
1 dəqiqədən az