XƏBƏRLƏR / Sanksiya

ABŞ Venesuela nefti ilə dolu Rusiya tankerini ələ keçirib

ABŞ gəminin rusiyalı heyyətini cinayət məsuliyyətinə cəlb edib YENİLƏNİR/FOTO

ABŞ Venesuela nefti ilə dolu Rusiya tankerini ələ keçirib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 21:53
    Ağ Evin mətbuat katibi Kerolayn Leavitt:
    Bella 1-in (MARINERA)  heyəti artıq federal qanunun potensial pozuntularına görə cinayət məsuliyyətinə cəlb olunur. Lazım gələrsə, onlar müvafiq hüquqi prosedurlar üçün ABŞ-a aparılacaqlar.


    ***
    20:23

    ABŞ Avropa Komandanlığı Bəyanat yayıb:
    ABŞ Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyi, Hərbi Nazirliyi ilə koordinasiyalı şəkildə, ABŞ sanksiyalarını pozduğuna görə M/V Bella 1 (MARINERA) gəmisinin müsadirə olunduğunu elan etdi.

    Gəmi, USCGC Munro tərəfindən izlənildikdən sonra ABŞ federal məhkəməsinin verdiyi order əsasında Şimali Atlantikada saxlanılıb.


    ***
    20:00

    Rusiya XİN: Rusiya Federasiyası ABŞ-dan "Marinera" gəmisindəki Rusiya vətəndaşlarına qarşı insani və ləyaqətli rəftarın təmin edilməsini və onların hüquq və mənafelərinə hörmətlə yanaşmasını tələb edir.

    ABŞ rusiyalıların "Mariner"dən vətənlərinə tez qayıtmasına mane olmamalıdır


    ***
    17:47

    Moskva amerikalılar tərəfindən Rusiya tankerinin ələ keçirilməsi ilə bağlı şərh verdi.

    Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Amerika qüvvələri tərəfindən Rusiya neft tankerinin ələ keçirilməsi ilə bağlı vəziyyəti "diqqətlə izləyir".

    Nazirlik qeyd edib ki, hadisə "anormal təbiətlidir və ciddi narahatlıq doğurur".

    ***

    17:30

    Reuters agentliyinin məlumatına görə, Atlantik okeanında iki həftədən çox davam edən təqibdən sonra ABŞ Venesuela ilə əlaqəli bir neft tankerini ələ keçirib.

    The Wall Street Journal qəzetinin məlumatına görə, Rusiya amerikalıların Rusiya bayrağı altında üzən "Marinera" tankerini ələ keçirməsinin qarşısını almaq üçün Şimali Atlantikaya sualtı qayıq və digər Rusiya dəniz qüvvələri göndərib.