Avropanın ən bədbəxt və ən xoşbəxt ölkələri
Üç ən böyük iqtisadiyyata sahib ölkələr İtaliya, İspaniya və Fransa olub
Avropa İttifaqının statistika agentliyi (Eurostat) təşkilata daxil olan ölkələrin Həyat Keyfiyyəti İndeksini açıqlayıb.
27 üzvdən ibarət təşkilatın ən xoşbəxt ölkəsi Avstriya olub.
Bu ölkə sözügedən indeksdə 10 baldan 7,9 bal toplayıb.
Polşa, Finlandiya və Rumıniya 10 baldan 7,7 balla ikinci yeri tutub. Bolqarıstan isə 6 baldan az toplayan yeganə ölkə olub.
Aİ-nin üç ən böyük iqtisadiyyatına sahib ölkəsi olan İtaliya, İspaniya və Fransa 7,1 bal toplayıb.
Buna baxmayaraq, Almaniya yalnız Bolqarıstanı geridə qoyaraq ən bədbəxt ölkələr sırasında yer alıb.
Sorğunun nəticələrinə görə, təhsil səviyyəsi, ailə və maliyyə sabitliyi kimi amillər respondentlərin ümumi həyat məmnunluğuna təsir edib.