XƏBƏRLƏR / Hadisə

Avstraliyada quşlarla toqquşan təyyarə təcili eniş edib

Bu barədə “9News” telekanalı məlumat yayıb

Avstraliyada quşlarla toqquşan təyyarə təcili eniş edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avstraliyanın ən böyük aviaşirkəti “Qantas”ın Sidneydən Oklendə (Yeni Zelandiya) uçan təyyarəsi quşun mühərrikə girməsi səbəbindən Sidney hava limanında məcburi eniş edib.

    Bu barədə “9News” telekanalı məlumat yayıb.

    Məlumatına görə, insident təyyarə Sidney hava limanından havaya qalxdıqdan bir saat sonra baş verib.

    Aviaşirkətin yaydığı ilkin məlumatlara görə, sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb.

    Avstraliyanın Hava Nəqliyyatı Təhlükəsizliyi İdarəsi hadisənin səbəblərini araşdırır.