XƏBƏRLƏR / Diplomatiya

Avstriya Tehrandakı səfirliyini bərpa etmək istəyir

Bu barədə Avstriya Xarici İşlər Nazirliyindən bildirilib

Avstriya Tehrandakı səfirliyini bərpa etmək istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avstriya İran-İsrail münaqişəsi səbəbindən Tehrandakı səfirliyini müvəqqəti olaraq Bakıya köçürüb.

    Bu barədə Avstriya Xarici İşlər Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, hazırda nazirlik Tehrandakı səfirliyin fəaliyyətini bərpa etməyi planlaşdırır və konsul xidmətləri də tədricən davam etdiriləcək.

    Xatırladaq ki, Avstriya 12 günlük İran-İsrail müharibəsi zamanı İrandakı səfirliyinin fəaliyyətini azaldan və ya dayandıran Avropa ölkələrindən biridir.