XƏBƏRLƏR / Seçki

AXCP seçkilərdə iştirak etməyəcək

Bu barədə partiyanın qurultayında AXCP sədri Əli Kərimli bildirib

AXCP seçkilərdə iştirak etməyəcək
Əli Kərimli
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbədənkənar prezident seçkilərində iştirak etməyəcək.

    Bu barədə partiyanın qurultayında AXCP sədri Əli Kərimli bildirib. O vurğulayıb ki, partiyadaxili müzakirələr zamanı seçkilərdə iştirak etməmək barədə qərar veriblər.

    Qeyd edək ki, bundan əvvəl Müsavat Partiyası da seçkilərdə iştirak etməkdən imtina edib.

    Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri fevralın 7-də keçiriləcək.