Moldovada prezident seçkiləri ikinci tura qaldı
Seçkilər iki həftədən sonra, noyabrın 3-də, bazar günü keçiriləcək YENİLƏNİR
12:07
Moldovada Maya Sandu və Aleksandr Stoyanoqlo prezident seçkilərinin ikinci turunda mübarizə aparacaqlar
Bunu seçki məntəqələrində protokolların 98,51 faizinin hesablamasından sonra əldə edilmiş məlumatlar sübut edir. Namizədlərdən heç biri 1-ci turda qalib gəlmək üçün lazımi sayda səs toplaya bilməyib.
Belə ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, Maya Sanduya 640 881 seçici səs verib ki, bu da seçkilərdə iştirak edənlərin 42,07%-nə bərabərdir.
İkinci yeri Aleksandr Stoyanoqlo tutub, onu 400 208 vətəndaş dəstəkləyib ki, bu da ümumi seçicilərin 26,27%-ni təşkil edir.
MSK-nın məlumatına görə, Maya Sandu demək olar ki, 240 673 səs fərqi ilə qalib gəlir.
Renato Usatiy 209 011 səslə (13,72%) üçüncü yeri tutub.
Mərkəzi Seçki Komissiyası sədrinin sözlərinə görə, seçkilər iki həftədən sonra, 2024-cü il noyabrın 3-də, bazar günü keçiriləcək.
***
06:01
Moldovanın hazırkı prezidenti Maya Sandu prezident seçkilərində 41,53%, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 26,52% səs toplayıb.
Bunu Mərkəzi Seçki Komissiyası (MSK) protokolların 97,16 %-i işləndikdən sonra açıqlayıb.
Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq.
Ölkənin ən yüksək vəzifəsinə seçkilərlə paralel keçirilən referendumda ilkin səsvermənin nəticələrinə (protokolların 97,21%-i işlənib) əsasən, vətəndaşların 50,31 %-i Moldovanın Aİ-yə qoşulmasının əleyhinə, 49,69 %-i müvafiq olaraq səsvermənin lehinədir.
***
20.10.2024-cü il
15:53
Moldovada prezident seçkilərində seçicilərin fəallığı 33,3%-i keçib. Seçkilər baş tutmuş tutmuş sayılıb.
Bu barədə "RİA Novosti" xəbər yayıb.
***
09:07
Moldovada prezident seçkiləri və Avropa İttifaqına üzvlüyə dair Konstitusiya referendumu ilə bağlı səsvermə keçirilir.
Prezident seçkiləri yarışında prezidentliyə 11 namizəd mübarizə aparır. Bundan başqa seçicilər “Moldova Respublikasının Avropa İttifaqına üzv olması üçün Konstitusiyaya dəyişiklik edilməsinin tərəfdarısınızmı?” sualına da cavab verəcəklər.
Prezident seçkiləri və Konstitusiya referendumu üçün Mərkəzi Seçki Komissiyası 7,3 milyondan çox bülleten çap edib.
MSK-nın açıqlamasına görə, seçkiləri 2061yerli və beynəlxalq müşahidəçi izləyir.
Moldovanın 42 min gənc vətəndaşı ilk dəfə səsvermə hüququndan istifadə edəcək.