Türkiyə xaricində səs verənlərin sayı FOTO
Türkiyə Ali Seçki Komissiyası (YSK) məlumat yayıb
Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində indiyədək xarici ölkələrdə yaşayan 717 612 nəfər səs verib.
Bu barədə Türkiyə Ali Seçki Komissiyası (YSK) məlumat yayıb.
Bildirilib ki, xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 24-də başa çatacaq, gömrükdə isə mayın 28-i saat 17:00-dək (Bakı vaxtı ilə 18:00-dək) davam edəcək.
Qeyd edək ki, Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşlarının qardaş ölkədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üzrə səsverməsi başlayıb. Mayın 20-də Bakı vaxtı ilə səhər saat 08:00-dan etibarən seçki məntəqələri açılıb. Üç gün davam edəcək proses Türkiyənin Bakıdakı səfirliyinin, eləcə də Gəncə və Naxçıvandakı Baş konsulluqlarının binasında təşkil olunub. Azərbaycanda yaşayan türkiyəli seçicilərin sayı 6 600 nəfərə yaxındır. Səsvermə bütün ünvanlarda mayın 22-i saat 22:00-da başa çatacaq.