XƏBƏRLƏR / Seçki

Bayden xalqa müraciət edib

O, amerikalıları prezident seçkilərində Harrisi dəstəkləməyə çağırıb

Bayden xalqa müraciət edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Prezidenti Cozef Bayden xalqa müraciət edib.

    Amerika liderinin oval kabinetdə çıxışı canlı yayımlanıb.

    Bayden ilk növbədə həmvətənlərini prezident seçkilərində ABŞ-ın vitse-prezidenti Kamala Harrisi dəstəkləməyə çağırıb:

    "Mən öz seçimimi etdim, indi seçim sizindir - Amerika xalqı". O, Harrisi təcrübəli, güclü və bacarıqlı siyasətçi adlandırıb.

    ABŞ Prezidenti çıxışında İsrailin Qəzza zolağındakı əməliyyatını yekunlaşdırmaq niyyətində olduğunu bildirib: "Mən Qəzzada müharibəni dayandırmaq, bütün girovları evinə qaytarmaq, Yaxın Şərqə sülh və əmin-amanlıq gətirmək üçün işləməyə davam edəcəyəm".

    Amerika lideri həmvətənlərinə müraciətdə Ukraynaya dəstək olan dövlətlərin koalisiyasının qorunub saxlayacağına ümidvar olduğunu deyib.

    “Biz NATO-nu gücləndirməkdə davam edəcəyik və mən onu tariximizin bütün dövrlərindən daha güclü edəcəyəm”, - prezident qeyd edib.