XƏBƏRLƏR / Seçki

İlham Əliyev 92,12 faiz səslə qalib gəlib

MSK protokolların 100 faizini hesabladı

İlham Əliyev 92,12 faiz səslə qalib gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Respublikasının hazırkı dövlət başçısı İlham Əliyev 7 fevral tarixində keçirilmiş növbədənkənar Prezident seçkisində səslərin 100 faizini hesabladıqdan sonra 92,12 faizlə qalib gəlib.

    Bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında bildirlib.

    2023-cü ilin sentyabrında Azərbaycan Qarabağa nəzarəti bərpa etdikdən sonra ilk dəfə olaraq bütün ölkə üzrə Prezident seçkiləri keçirilib. Seçkilərdə 90 mindən çox müşahidəçi qeydə alınıb.