XƏBƏRLƏR / Seçki

Azərbaycanda seçkilər demokratik prinsiplərə uyğun keçdi

MDB PA-dan olan müşahidəçilərin koordinatoru Andrey Yatskin belə deyib

Azərbaycanda seçkilər demokratik prinsiplərə uyğun keçdi
Andrey Yatskin
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • MDB Parlamentlərarası Assambleyasından (MDB PA) olan müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin:

    - MDB PA-nın çıxardığı əsas nəticə: Monitorinq əsasında belə qənaətə gəldik ki, Azərbaycanda ilk dəfə keçirilən parlament seçkiləri demokratik prinsiplərə, seçki qanunvericiliyinə və ölkə Konstitusiyasına uyğun keçirilib.

    - MDB PA-dan seçki prosesini 6 Birlik ölkəsindən 40 müşahidəçi izləyib. Təşkilatın nümayəndələri seçkilərin fəal və şəffaf keçirilməsi üçün lazımi şəraitin yaradıldığı 145 məntəqədə müşahidə aparıblar. Bütün namizədlərə bərabər imkanlar yaradılıb.

    - Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində beynəlxalq və yerli müşahidəçilər üçün monitorinqin keçirilməsi üçün şərait yaradılmışdır.