XƏBƏRLƏR / Seçki

MSK növbədənkənar parlament seçkilərilə bağlı iclas çağırdı

İclasda növbədənkənar parlament seçkiləri müzakirə olunacaq

MSK növbədənkənar parlament seçkilərilə bağlı iclas çağırdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

    İclasda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsələnin müzakirə olunması gözlənilir. 

    Xatırladaq ki, Milli Məclis iyunun 21-də növbədənkənar parlament seçkilərinin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət edib.

    Konstitusiya Məhkəməsinin Plenumu isə bu gün növbədənkənar seçkilərlə bağlı Prezident sorğusuna baxır.