Ərdoğan Türkiyə Prezidentidir
Bu gün türk xalqı prezident seçkilərinin ikinci turunda səs verdi
00:25
Türkiyə Yüksək Seçim Qurumunun (YSQ) sədri Ahmet Yener prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı açıqlama verib. YSQ-nun sədri Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib.
Onun sözlərinə görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86 faiz səs qazanıb.
Ahmet Yener hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.
***
Türkiyə bu gün yenidən seçkiyə gedərək 5 il fəaliyyət göstərəcək prezidentini seçib. Seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edib.
Səsvermə yerli vaxtla 08:00-da başlayıb, saat 17:00-da başa çatıb. Səsvermə gömrük qapılarında və hava limanlarında eyni vaxtda sonlanıb. Səslər 60 milyon 721 min 745 seçici üçün yaradılmış 191 mindən çox seçki qutusunda toplanıb.
Beləliklə, hazırkı Prezident R.T.Ərdoğan (52.16%) K.Kılıçdaroğlunu (47,84%) qabaqlayaraq, Türkiyə Prezidenti seçilib.
Türkiyədən birbaşa yayım səhifəmizdədir.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.