XƏBƏRLƏR / Seçki

Azərbaycanda seçicilərin çoxu qadınlardır

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib

Azərbaycanda seçicilərin çoxu qadınlardır
Məzahir Pənahov
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Seçkilərdə qadınların rolu, məsuliyyəti çox böyükdür.

    Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyulun 24-də Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masada deyib.

    O bildirib ki, ölkəmizdə seçicilərin çoxu qadınlardır. Eyni zamanda, seçkilərdə fəallığı baxımından ən gözə görünməyən, amma effektli olanlar da qadınlardır. Ölkənin tanıdılmasında qadınların rolu daha yüksəkdir.

    “Azərbaycanın yüz illərdir arzu etdiyi, həsrətində olduğu halların reallaşdığını görür. Çalışmalıyıq ki, bizə aid olan sahələrdə həmin standartlar üzərində işlərimizi quraq”, - deyə MSK sədri qeyd edib.

    Qeyd edək ki, indiyədək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 1200-ə yaxın müraciət var. Onların çoxu artıq təsdiq olunub. 31 nəfərin namizədliyi qeydə alınıb.

    Bunu da Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov iyulun 24-də jurnalistlərə müsahibəsində deyib.

    O bildirib ki, 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Həmin siyasi partiyaların 600-ə yaxın səlahiyyətli nümayəndəsi qeydə alınıb.