XƏBƏRLƏR / Seçki

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub

Bu barədə MSK-dan xəbər verilib YENİLƏNİB

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub
  • Oxuma müddəti:

    17 dəqiqə

  • 14:00

    Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub.

    MSK sədri Məzahir Pənahovun sədrliyi ilə baş tutan toplantıda əvvəlcə sentyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılıb.

    MSK üzvləri daha sonra yeddinci çağırış Milli Məclisə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxıblar.

    Bildirilib ki, Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

    Qeyd edilib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 3 min 469-u açıq, 2 min 37-si qapalı olmaqla, ümumilikdə 5 min 506 yer ayrılaraq namizədlərin ixtiyarına verilib. Deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər.

    Vurğulanıb ki, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq media nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb.

    Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar.

    İclasda Milli Məclisə seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.

    Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.

    Qeyd edək ki, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.

    MSK-nın yekun protokoluna əsasən, seçki dairələri üzrə deputat seçilmiş şəxslər aşağıdakılardır:

    1 saylı Şərur-Sədərək Seçki Dairəsi — Əsgərov Ziyafət Abbas oğlu

    2 saylı Şərur-Kəngərli Seçki Dairəsi — Novruzov Siyavuş Dünyamalı oğlu

    3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi — Möhbalıyev Səttar Suliddin oğlu

    4 saylı Naxçıvan şəhər Seçki Dairəsi — İbrahimov Eldar Rza oğlu

    5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi — Həmzəyeva Ülviyyə Tapdıq qızı

    6 saylı Ordubad-Culfa Seçki Dairəsi — Rəhimzadə Vüqar Gəncəli oğlu

    7 saylı Səbail Seçki Dairəsi — Arpadarai Nigar Cavid qızı

    8 saylı Binəqədi birinci Seçki Dairəsi — Quliyev Azay Əjdər oğlu

    9 saylı Binəqədi ikinci Seçki Dairəsi — Qafarov Kəmaləddin Nəsrəddin oğlu

    10 saylı Binəqədi üçüncü Seçki Dairəsi — Musayev Elşad Nəbi oğlu

    11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsi — Xasayeva Səbinə Səməd qızı

    12 saylı Xəzər birinci Seçki Dairəsi — Məmmədov Soltan Teymur oğlu

    13 saylı Xəzər ikinci Seçki Dairəsi — Paşayeva Gülşən Məmmədəli qızı

    14 saylı Xəzər-Pirallahı Seçki Dairəsi — Əfəndiyeva Günay Elçin qızı

    15 saylı Yasamal birinci Seçki Dairəsi — Quliyev Ülvi Zahid oğlu

    16 saylı Yasamal ikinci Seçki Dairəsi — Qədirli Erkin Toğrul oğlu

    17 saylı Yasamal üçüncü Seçki Dairəsi — Qəhrəmanov Göydəniz İbrahim oğlu

    18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsi — Musabəyov Rasim Nəsrəddin oğlu

    19 saylı Nərimanov birinci Seçki Dairəsi — Məmmədov Hikmət Baba oğlu

    20 saylı Nərimanov ikinci Seçki Dairəsi — Vəliyev Samir Əhməd oğlu

    21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsi — İbrahimqızı Məlahət İbrahim qızı

    22 saylı Nəsimi-Yasamal Seçki Dairəsi — Mollazadə Asim Nazim oğlu

    23 saylı Nəsimi-Səbail Seçki Dairəsi — Səmədzadə Ziyad Əliabbas oğlu

    24 saylı Nizami birinci Seçki Dairəsi — Nurullayeva Könül Oruc qızı

    25 saylı Nizami ikinci Seçki Dairəsi — Əhmədov Əli Cavad oğlu

    26 saylı Sabunçu birinci Seçki Dairəsi — Mustafa Fazil Qəzənfər oğlu

    27 saylı Sabunçu ikinci Seçki Dairəsi — Əlizadə Arzuxan Baxşəli oğlu

    28 saylı Sabunçu üçüncü Seçki Dairəsi — Quliyev Eldar Allahyar oğlu

    29 saylı Sabunçu dördüncü Seçki Dairəsi — Allahverənov Azər Kərim oğlu

    30 saylı Suraxanı birinci Seçki Dairəsi — Fətəliyeva Sevinc Həbib qızı

    31 saylı Suraxanı ikinci Seçki Dairəsi — Məmmədov Qaya Məmməd oğlu

    32 saylı Suraxanı üçüncü Seçki Dairəsi — Həsənova Afət Əbil qızı

    33 saylı Xətai birinci Seçki Dairəsi — Oruc Zahid Məhərrəm oğlu

    34 saylı Xətai ikinci Seçki Dairəsi — Zabelin Mixail Yuryeviç

    35 saylı Xətai üçüncü Seçki Dairəsi — Vəliyeva Pərvanə Bulud qızı

    36 saylı Xətai-Suraxanı Seçki Dairəsi — Həsənquliyev Qüdrət Müzəffər oğlu

    37 saylı Qaradağ Seçki Dairəsi — Hüseynov Aydın Nəsir oğlu

    38 saylı Gəncə birinci Seçki Dairəsi — Həmzəyev Naqif Ələşrəf oğlu

    39 saylı Gəncə ikinci Seçki Dairəsi — Kərimzadə Pərvin Orxan qızı

    40 saylı Gəncə üçüncü Seçki Dairəsi — Quliyev Musa İsa oğlu

    41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsi — Cəfərov Müşfiq Cəfər oğlu

    42 saylı Sumqayıt birinci Seçki Dairəsi — Hüseynova Hicran Kamran qızı

    43 saylı Sumqayıt ikinci Seçki Dairəsi — Mirkişili Tahir Famil oğlu

    44 saylı Sumqayıt üçüncü Seçki Dairəsi — Vəliyeva Mehriban Hidayət qızı

    45 saylı Sumqayıt dördüncü Seçki Dairəsi — Salmanova Səbinə Qədir qızı

    46 saylı Sumqayıt beşinci Seçki Dairəsi — Akimova Elnarə Şeydulla qızı

    47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsi — Şükürov Zaur Ramiz oğlu

    48 saylı Abşeron birinci Seçki Dairəsi — Məmmədova Nigar Fikrət qızı

    49 saylı Abşeron ikinci Seçki Dairəsi — Nəbiyev Rizvan Novruz oğlu

    50 saylı Abşeron üçüncü Seçki Dairəsi — Namazov Ramid Zakir oğlu

    51 saylı Şirvan Seçki Dairəsi — Əsədov Heydər Xanış oğlu

    52 saylı Yevlax Seçki Dairəsi — Məmmədov İlham Kazım oğlu

    53 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi — Hüseynli Əli Məhəmməd oğlu

    54 saylı Mingəçevir Seçki Dairəsi — Mirzəzadə Aydın Böyükkişi oğlu

    55 saylı Siyəzən-Quba-Xızı Seçki Dairəsi — Məmmədli Müşfiq Fazil oğlu

    56 saylı Şabran-Xaçmaz Seçki Dairəsi — Süleymanlı Mahir Tahir oğlu

    57 saylı Xaçmaz şəhər Seçki Dairəsi — Vəliyev Ağalar İsrafil oğlu

    58 saylı Xaçmaz kənd Seçki Dairəsi — Mikayılova Sevil Əlirazi qızı

    59 saylı Quba Seçki Dairəsi — Məhərrəmzadə Əlibala Səttar oğlu

    60 saylı Quba - Qusar Seçki Dairəsi — Rəfailov Anatoliy Xaimoviç oğlu

    61 saylı Qusar Seçki Dairəsi — Badamov Azər Camal oğlu

    62 saylı Kürdəmir Seçki Dairəsi — Ağazadə Əminə Həmid qızı

    63 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi — Hüseynov Rəfael Baba oğlu

    64 saylı Salyan Seçki Dairəsi — Qurbanov Sadiq Haqverdi oğlu

    65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsi — Ağamalı Günay Fəzail qızı

    66 saylı Saatlı Seçki Dairəsi — Ələkbərov Əziz Yusif oğlu

    67 saylı Sabirabad Seçki Dairəsi — Əmiraslanov Əhliman Tapdıq oğlu

    68 saylı Sabirabad-Şirvan Seçki Dairəsi — Cəfərov Kamal Xəqani oğlu

    69 saylı Biləsuvar Seçki Dairəsi — Məhərrəmov Bəhruz Əbdürrəhman oğlu

    70 saylı Neftçala Seçki Dairəsi — Rüstəmxanlı Tənzilə Yolçu qızı

    71 saylı Cəlilabad şəhər Seçki Dairəsi — Həsənov Malik Əvəz oğlu

    72 saylı Cəlilabad kənd Seçki Dairəsi — Nəsirov Elman Xudam oğlu

    73 saylı Masallı-Cəlilabad Seçki Dairəsi — İbrahimli Fəzail Feyruz oğlu

    74 saylı Masallı Seçki Dairəsi — Məmmədov Məşhur Şahbaz oğlu

    75 saylı Yardımlı-Masallı Seçki Dairəsi — Qasımlı Musa Cəfər oğlu

    76 saylı Lənkəran-Masallı Seçki Dairəsi — Paşazadə Cavanşir Himmət oğlu

    77 saylı Lənkəran şəhər Seçki Dairəsi — İsmayılzadə Fariz Akif oğlu

    78 saylı Lənkəran kənd Seçki Dairəsi — İskəndərov Anar Camal oğlu

    79 saylı Astara Seçki Dairəsi — Mahmudov Rəşad Məmmədqulu oğlu

    80 saylı Lerik-Astara Seçki Dairəsi — Qafarov Vasif Vaqif oğlu

    81 saylı İmişli Seçki Dairəsi — Nurullayev Razi Qulaməli oğlu

    82 saylı İmişli-Saatlı Seçki Dairəsi — Salahlı Səyyad Adil oğlu

    83 saylı Beyləqan Seçki Dairəsi — İsmayılov Şahin Əmir oğlu

    84 saylı Füzuli Seçki Dairəsi — Bayramov Vüqar İbad oğlu

    85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsi — Abbasov Aqil Məhəmməd oğlu

    86 saylı Ağcabədi Seçki Dairəsi — Rzayev Tahir Musa oğlu

    87 saylı Qobustan-Şamaxı-İsmayıllı Seçki Dairəsi — Seyidzadə Şahin Kamil oğlu

    88 saylı Şamaxı Seçki Dairəsi — Cəfərova Tamam Şaməmməd qızı

    89 saylı İsmayıllı Seçki Dairəsi — Aslanov Novruzəli Davud oğlu

    90 saylı Ağsu Seçki Dairəsi — Mirzəbəyli Elçin Əbdülrəhim oğlu

    91 saylı Göyçay Seçki Dairəsi — Hacıyev Sabir Kamil oğlu

    92 saylı Göyçay-Ağdaş Seçki Dairəsi — Əfəndiyev Məzahir Cavid oğlu

    93 saylı Ağdaş Seçki Dairəsi — Alıyev Sahib Eyvaz oğlu

    94 saylı Ucar Seçki Dairəsi — Həsən Ramil Sahib oğlu

    95 saylı Zərdab-Kürdəmir-Ucar Seçki Dairəsi — Əliyeva Jalə Fazil qızı

    96 saylı Goranboy-Naftalan Seçki Dairəsi — Bədəlov Bədəl Şamil oğlu

    97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsi — Məmmədov Anar İlyas oğlu

    98 saylı Bərdə-Tərtər Seçki Dairəsi — Fətiyev Xanlar Nuru oğlu

    99 saylı Bərdə Seçki Dairəsi — Yıldırım Fatma Vidadi qızı

    100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsi — Bayramov Kamran Fərhad oğlu

    101 saylı Samux-Şəmkir Seçki Dairəsi — Qurbanlı Mübariz Qəhrəman oğlu

    102 saylı Şəmkir şəhər Seçki Dairəsi — Qafarova Sahibə Əli qızı

    103 saylı Şəmkir kənd Seçki Dairəsi — Həsənov Nurlan Urfan oğlu

    104 saylı Gədəbəy Seçki Dairəsi — Hüseynova Sevinc Əmirəhməd qızı

    105 saylı Tovuz-Gədəbəy Seçki Dairəsi — Nağıyev Arzu Nəsib oğlu

    106 saylı Tovuz Seçki Dairəsi — Səfərov Nizami Abdulla oğlu

    107 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi — Ağayeva Ülviyyə Cavanşir qızı

    108 saylı Ağstafa Seçki Dairəsi — Əmiraslanov Azər Kamal oğlu

    109 saylı Qazax Seçki Dairəsi — Seyidov Səməd İsmayıl oğlu

    110 saylı Balakən Seçki Dairəsi — Məhəməliyev Nəsib Məhəməli oğlu

    111 saylı Zaqatala-Balakən Seçki Dairəsi — Kərimli Azər Şəmşid oğlu

    112 saylı Zaqatala Seçki Dairəsi — Əsgərov Asif Yunis oğlu

    113 saylı Qax-Şəki Seçki Dairəsi — Məsimli Əli Əhməd oğlu

    114 saylı Şəki şəhər Seçki Dairəsi — İskəndərov Vüqar Yapon oğlu

    115 saylı Şəki kənd Seçki Dairəsi — Feyziyev Cavanşir Əyyub oğlu

    116 saylı Qəbələ Seçki Dairəsi — Musayev Elşən Məmmədhənifə oğlu

    117 saylı Oğuz-Qəbələ-Şəki Seçki Dairəsi — Qurbanov Eyvaz Daşdəmir oğlu

    118 saylı Ağdam-Xocalı Seçki Dairəsi — Məmmədov Elman Camal oğlu

    119 saylı Ağdam Seçki Dairəsi — Əliyev Bəxtiyar Həmzə oğlu

    120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi — Məmmədov Ceyhun Valeh oğlu

    121 saylı Laçın Seçki Dairəsi — Muradov Rövşən Şahbaz oğlu

    122 saylı Xankəndi Seçki Dairəsi — Gəncəliyev Tural Babaşah oğlu

    123 saylı Kəlbəcər Seçki Dairəsi — Qasımlı Mircəlil Xəqani oğlu

    124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsi — Bülbüloğlu Polad Murtuza oğlu

    125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi — İsmayılov İmamverdi İbiş oğlu

    ***

    12:47

    Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 16-da keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar müxtəlif seçki dairələrində 20 seçki məntəqəsinin nəticələri etibarsız sayılıb.

    Milli Məclisə seçkilərlə əlaqədar seçki dairələri üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyalarının təqdim etdiyi sənədlərin yoxlanılması nəticəsində 13 saylı Xəzər ikinci seçki dairəsinin 12 saylı, 15 saylı Yasamal birinci seçki dairəsinin 25 saylı, 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 15 saylı, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 1 saylı, 38 saylı Gəncə birinci seçki dairəsinin 13 saylı, 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 48 saylı Abşeron birinci seçki dairəsinin 4, 5, 9 saylı, 52 saylı Yevlax seçki dairəsinin 2, 8 saylı, 80 saylı Lerik-Astara seçki dairəsinin 88 saylı, 82 saylı İmişli-Saatlı seçki dairəsinin 41, 42, 44, 45 saylı, 104 saylı Gədəbəy seçki dairəsinin 20, 25, 34 saylı və 119 saylı Ağdam seçki dairəsinin 21 saylı seçki məntəqəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinin mümkünsüzlüyü səbəbindən həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilib.

    35 seçki məntəqəsi üzrə isə məntəqə seçki komissiyalarının buraxılması təklif olunub.

    Bu təkliflə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bugünkü iclasında çıxış edib.

    Onun sözlərinə görə, bəzi məntəqələr üzrə səsvermənin nəticələri ilə bağlı şübhələr yaranıb: "Bəzi dairələr üzrə seçki məntəqələrinin nəticələrinin ləğv olunması zərurəti yaranıb. Bu məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

    R.Qasımovun təklifi MSK üzvləri tərəfindən səsverməyə qoyularaq qəbul edilib.

    ***

    10:27

    Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

    İclasda Milli Məclisə növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması məsələsi müzakirəyə çıxarılacaq.

    Seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

    Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq edəcək.