Muharrem İnce namizədliyini geri götürdü VİDEO
Türkiyədə Prezident seçkilərinə 3 gün qalmış üç namizəd qaldı
Məmləkət Partiyasının sədri Muharrem İnce prezidentliyə namizədliyini geri götürdüyünü açıqlayıb.
Bir neçə gündür onun sosial şəbəkələrdə bir qadınla açıq görüntülərinin yayıldığı bildirilirdi.
O, jurnalistlərə bildirib ki, "Heç bir siyasətçi belə böhtan görməyib. 45 gündə ad-sanıma sui-qəsd edildi. Məndə belə bir sima yoxdur, bu böhtandır."
Sorğular seçicilərin təxminən 2%-nin ona səs verməyə hazır olduğunu göstərib.
Bundan sonra Türkiyə Prezidentliyinə 3 namizəd qaldı: Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.