XƏBƏRLƏR / Seçki

Xaricdə yaşayan azərbaycanlılar ölkədə səs verməlidir

Seçki qanunvericiliyinin tələblərinə görə Milli Məclisə seçkilərdə xarici ölkələrdə səsvermə keçirilmir

Xaricdə yaşayan azərbaycanlılar ölkədə səs verməlidir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xaricdə yaşayan Azərbaycan vətəndaşları növbədənkənar parlament seçkilərində səs vermək üçün ölkəyə gəlməlidirlər.

    Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında məlumat verib.

    O, xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına çağırış edərək bildirib: "Azərbaycanda 6400-ə yaxın seçki məntəqəsində səsvermə olacaq. Xarici ölkələrdə yaşayan vətəndaşlar seçki günü ölkədə olmağa, öz namizədlərinə səs verməyə çalışmalıdırlar".

    Qeyd edək ki, seçki qanunvericiliyinin tələblərinə görə Milli Məclisə seçkilərdə xarici ölkələrdə seçki məntəqələri yaradılmır və səsvermə keçirilmir.