Türkiyədə Prezident seçkiləri günü - mayın 14-də səhər saat 06:00-00:00 arasında bəzi qadağalar tətbiq olunacaq:
Alkoqollu içkilər satılmayacaq;
İctimai əyləncə məkanları bağlanacaq;
Zabitlərdən başqa heç kim silah daşıya bilməyəcək.
Bu barədə TRT Haber məlumat yayıb.
Xatırladaq ki, sabah - mayın 14-də Türkiyədə Prezident seçkiləri keçiriləcək. Namizədlər Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.