XƏBƏRLƏR / Seçki

Zəlzələ bölgəsinin sakinləri səs verir

Bölgədə əvvəllər seçki qutuları qurulan məktəblərdə yenə də səsvermə olacaq

Zəlzələ bölgəsinin sakinləri səs verir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Ali Seçki Komissiyası (YSK) Kahramanmaraş mərkəzli 11 vilayətdə baş verən zəlzələlərə görə müxtəlif tədbirlər həyata keçirib. Zəlzələdən təsirlənən bölgələrdə nöqsanları müəyyənləşdirən YSK bu ərazilərdə qurulan konteynerlərdə seçkilərin şəffaf keçirilməsi üçün hazırlıq işləri görüb.

    “Haber Global” xəbər verir ki, bölgədə əvvəllər seçki qutuları qurulan məktəblərdə yenə də səsvermə olacaq. Dağılmış və ya zədələnmiş məktəblərdə isə səslər məktəblərin bağçalarında, yaxın ərazidə qurulan konteynerlardə veriləcək.

    Zəlzələdən zərər çəkmiş seçicilər daimi qeydiyyatda olduqları yerdə səs verəcəklər və səslər həmin dairə üzrə hesablanacaq. Zəlzələ bölgəsindən olan təxminən 133 min seçicinin qeydiyyatı isə başqa şəhərlərə köçürülüb.

    Seçkidə xəstəliyi və ya əlilliyi səbəbindən yataq xəstəsi olan seçicilər üçün də daşınan seçki qutuları yaradılıb. Bu seçicilər səyyar seçki qutularında səs verə biləcəklər.

    Qeyd edək ki, bu seçkidə ilk dəfə olaraq gözdən əlillər onlar üçün hazırlanmış xüsusi şablonla səs verəcəklər.