Paşinyan Ermənistandakı müxalifətin ləğv olunması haqda
Mərkəzi Seçki Komissiyası 25 oktyabrda Ermənistanda keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrini elan edib YENİLƏNİB
14:30
Paşinyan Ermənistandakı müxalifətin ləğv olunması haqda
Ermənistan Baş naziri Nikol Paşınyanın sözlərinə görə, seçkilərin nəticələri ölkədəki müxalifətin ləğv olunduğunu göstərir.
Paşinyan qeyd edib ki, ölkədə casusluqla məşğul olanların kökünü kəsmək və dövlətə yönəlmiş yeni bir müxalifət yaratmaq lazımdır.
Paşinyan "Ermənistan" blokunu, eləcə də "Güclü Ermənistan" və "Çiçəklənən Ermənistan" partiyalarını üçbaşlı müharibə partiyası kimi təsvir edib.
***
11:51
Paşinyan bələdiyyə seçkilərində sarsıdıcı qələbəsi haqda
Ermənistanın Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyasının bələdiyyə seçkilərində qələbə çalması haqda məlumat verib.
O, sosial şəbəkə hesabındakı çıxışında deyib:
"Dünən 19 icmada keçirilən yerli özünüidarəetmə seçkilərindən sonra "Vətəndaş müqaviləsi" partiyası bir sıra icmalarda sarsıdıcı qələbə qazanıb".
1 dəqiqə