Ermənistanda parlament seçkilərinə bir gün qalmış seçici siyahıları ilə bağlı yeni statistika açıqlanıb. Son məlumatlara görə, seçki reyestrində qeydiyyatda olan seçicilərin sayı artıb.
Ermənistan Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, iyunun 6-na olan vəziyyətə görə seçici reyestrində qeydiyyatda olan vətəndaşların sayı 2 milyon 485 min 851 nəfər təşkil edib.
Məlumata görə, bu göstərici bir həftə əvvəl açıqlanan rəqəmlə müqayisədə 619 nəfər çoxdur.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
1 dəqiqədən az