XƏBƏRLƏR / Seçki

Bolqarıstanda prezident seçkiləri ikinci tura qaldı

Bu barədə yerli media məlumat yayıb

Bolqarıstanda prezident seçkiləri ikinci tura qaldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Səsvermədə iştirak faizinin 50%-dən aşağı olması və heç bir namizədin səslərin 50%-dən çoxunu toplamaması səbəbindən Bolqarıstanda keçirilən prezident seçkiləri ikinci tura keçib.

    "Alpha Research" sorğu şirkətinin qeyri-rəsmi nəticələrinə görə, hazırkı prezident İliana Yotova və vitse-prezidentliyə namizəd Kiril Valçev səslərin 34,6%-ni, keçmiş baş nazir Andrey Gyurov və vitse-prezidentliyə namizəd Georgi Kandev isə 32,7%-ni toplayıblar. Seçici fəallığı 22,5% olaraq bildirilib.

    Bu nəticələrə görə Yotova və Gyurov 1 noyabrda ikinci turda yarışacaqlar.