XƏBƏRLƏR / Seçki

Rusiyada prezident seçkiləri başlayıb

Builki seçkilərdə, həmçinin ilk dəfə distant elektron səsvermə də mümkündür

Rusiyada prezident seçkiləri başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyada növbəti prezident seçkilərində səsvermənin birinci günü start götürüb.

    Bu il ilk dəfə Rusiyada prezident seçkiləri üç gün davam edəcək. Ölkədə 94 mindən çox seçki məntəqəsi yaradılıb. Seçki məntəqələri, ilk olaraq, Kamçatka və Çukotkada, sonuncu isə Kalininqradda açılıb.

    Builki seçkilərdə, həmçinin ilk dəfə distant elektron səsvermə də mümkündür. İndiyədək 4,8 milyon seçici elektron səsvermədə iştirak üçün müraciət edib.

    Xatırladaq ki, Rusiyada prezident seçkilərində dörd namizəd iştirak edir. Səsvermənin ilkin nəticələri martın 18-də elan olunacaq. Yeni seçiləcək prezidentin inaqurasiyası mayın 7-ə təyin edilib.

    Dövlət başçısı postu uğrunda 4 namizəd: Vladimir Putin, Nikolay Xaritonov, Leonid Slutski və Vladislav Davankov mübarizə aparırlar.