XƏBƏRLƏR / Seçki

İrəvanda mer seçkisi kampaniyasına start verildi

Seçkilərdə iştirak üçün 13 partiya və bir alyans müraciət edib

İrəvanda mer seçkisi kampaniyasına start verildi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gündən İrəvanda mer seçkisinin təşviqat kampaniyasına start verilir. 

    Ermənistan KİV-i xəbər verir ki, seçkiqabağı təşviqat dövrü avqustun 23-də başlayacaq və sentyabrın 15-də başa çatacaq.

    Bu müddət ərzində seçkiqabağı təşviqat Seçki Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılmalıdır.

    Seçkilərdə iştirak üçün 13 partiya və bir alyans müraciət edib.

    Hakim “Mülki müqavilə” partiyası Tiqran Avinyanı İrəvan meri vəzifəsinə namizəd kimi irəli sürüb. Avinyan hazırda mer müavini vəzifəsini tutur və əslində mer səlahiyyətlərini öz üzərinə götürüb.

    İrəvan Ağsaqqallar Şurasına seçkilərdə iştirak edən partiyalar “İctimai səs”, “Mülki müqavilə”, “Ədalətli Ermənistan”, “Qələbə”, “Vətənin gücü”, Ermənistan Avropa Partiyası, “Milli Tərəqqi”, “Sosial ədalət naminə”, “Respublika”, “Vahid Ermənistan”, “İşıqlı Ermənistan”, “Demokratik konsolidasiya”, “Həyat üçün ölkə” partiyaları və “Ana Ermənistan” alyansıdır.

    İrəvan Ağsaqqallar Şurasına əvvəlki seçkilər 2018-ci il sentyabrın 23-də keçirilib.