XƏBƏRLƏR / Seçki

Putin prezidentliyə namizəd olacaq?

Dmitri Peskovun açıqlaması

Putin prezidentliyə namizəd olacaq?
Vladimir Putin
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyi ilə bağlı hələ heç bir qərar verməyib”.

    Bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə növbəti açıqlamasında deyib.

    “Aydındır ki, bu mövzu getdikcə daha çox politoloqlar tərəfindən diqqət mərkəzində saxlanılır. Hələlik bu məsələ ilə bağlı qərar verilməyib. O da aydındır ki, bu qərarın açıqlanması anı yaxınlaşır, lakin bu baş verən kimi sizə məlumat verəcəyik”, - Peskov bildirib.

    Bu gün “Kommersant" qəzeti Prezident Aparatına yaxın mənbələrə istinadən yazıb ki, Kreml artıq Putinin prezidentliyə namizədliyini irəli sürməli olan təşəbbüs qrupunun yaradılması üzərində işləyir.

    Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-də keçirilməlidir. Onun keçirilməsi ilə bağlı rəsmi qərarı dekabrın 8-dən 18-dək Rusiya Parlamentinin yuxarı palatası olan Federasiya Şurası qəbul etməlidir.