156 nəfər deputatlığa namizədliyini irəli sürüb
Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Məzahir Pənahov qeyd edib
Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 156 nəfər deputatlığa namizədliyini irəli sürüb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov qeyd edib.
O vurğulayıb ki, bir nəfər öz ərizəsi ilə imtina edərək, seçki prosesindən çıxıb.