MSK sədri deputatlığa namizədlərə xəbərdarlıq etdi
Artıq 125 seçki dairəsi üzrə 1255 nəfərin deputatlığa namizədliyi irəli sürülüb
Hələ seçkiqabağı təşviqat başlamayıb, media orqanları bunu nəzərə almalıdır.
Bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyib ki, qeydə alınmış namizədlər belə hallara yol verməməlidir: “Belə hallar olsa, MSK araşdıraraq hətta həmin şəxsin namizədliyini ləğv edə bilər”.
Qeyd edək ki, artıq 125 seçki dairəsi üzrə 1255 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
Deputatlığa namizədliyi irəli sürülən nəfərdən 1141 namizədliyi təsdiqlənib, onlardan 1092 nəfərə imza vərəqi verilib. İndiyə qədər 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.