Erməni əsilli seçicilər seçkilərində iştirak edə bilərlər
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib
Erməni əsilli seçicilər Azərbaycan vətəndaşı kimi prezident seçkilərində səsvermədə iştirak edə bilərlər. Bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, milliyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları eyni səsvermə hüququna malikdir.
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.