XƏBƏRLƏR / Seçki

Yanvarın 15-də seçki təşviqatına start veriləcək

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Yanvarın 15-də seçki təşviqatına start veriləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yanvarın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

    İclası açan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.

    Həmin məsələlər aşağıdakılardır:

    1. Mərkəzi Seçki Komissiyasının 2024-cü il 9 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi.

    2. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın yeri və vaxtının müəyyən olunması.

    3. Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi.

    4. Cari məsələlər.

    Azərbaycanda prezidentliyə qeydə alınmış namizədlərin siyahısı 2024-cü il 18 yanvar tarixinədək dərc olunacaq.

    Seçkiqabağı təşviqatın aparılmasına yanvarın 15-də start veriləcək və proses fevralın 6-sı saat səhər 8-də dayandırılacaq.