XƏBƏRLƏR / Seçki

Bələdiyyə seçkilərində 1531 nəfər namizəd var

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib

Bələdiyyə seçkilərində 1531 nəfər namizəd var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bələdiyyə seçkilərində 77 seçki dairəsini əhatə edən 337 bələdiyyə üzrə 1531 nəfər namizədlik üçün müraciət edib.

    Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın dekabrın 9-da keçirilən iclasında söyləyib.

    “Düşünürük ki, bələdiyyə seçkilərində bütün siyasi partiyalardan iştirakçılar olacaq”, - deyə MSK sədri əlavə edib.

    Qeyd edək ki, 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində daha 5 partiyanın səlahiyyətli nümayəndələri - Yeni Azərbaycan Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının və Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.