XƏBƏRLƏR / Seçki

Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq

Həmin gün ölkədə bələdiyyə seçkiləri keçiriləcək

Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 29 yanvar 2025-ci il tarixdə bələdiyyə seçkiləri keçiriləcək.

    Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur.

    Beləliklə, 2025-ci il yanvarın 29-u - çərşənbə günü qeyri-iş günü olacaq.