XƏBƏRLƏR / Seçki

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

“Rasmussen Reports” sosiologiya kompaniyası rəy sorğusu keçirib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Demokratik partiyanın prezidentliyə namizədi Cozef Bayden seçici dəstəyinə görə respublikaçı Donald Trampdan 10 faiz geri qalır.

    “Rasmussen Reports” sosiologiya kompaniyasının keçirdiyi rəy sorğusuna əsasən, amerikalıların 46 faizi Birləşmiş Ştatların sabiq prezidenti Donald Trampı, 36 faizi hazırkı prezident Cozef Baydeni, doqquz faizi isə müstəqil namizəd Robert Kennedini dəstəkləyir.

    Donald Tramp bir ay öncə keçirilən sorğularla müqayisədə əsas rəqibi üzərində üstünlüyünü dörd faiz artırmağa nail olub. O zaman respondentlərin 44 faizi respublikaçıların namizədinə, 38 faizi demokratların namizədinə etimadını ifadə etmişdi.

    Aprelin 29-dan mayın 1-dək keçirilən sosioloji tədqiqatda 1,2 min nəfərin iştirak etdiyi bildirilir.

    Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Donald Tramp artıq Respublikaçılar partiyasından prezidentliyə namizəd olmaq üçün lazımi miqdarda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Cozef Bayden isə Demokratlar partiyasından kifayət qədər dəstək alıb.