ATƏT PA Ermənistana 100-ə yaxın müşahidəçi göndərəcək
Bu barədə ATƏT PA-nın məlumatında bildirilir
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 30-dan çox ölkədən 100-ə yaxın üzvü və əməkdaşı iyunun 7-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Ermənistana gedəcək.
Bu barədə "Armenpress" ATƏT PA-nın məlumatına istinadən xəbər verir.
Təşkilat 1995-ci ildən bəri on ikinci dəfə Ermənistanda seçkiləri müşahidə edəcək. Niderland senatoru Fərəh Kərimi ATƏT-in Qısamüddətli Müşahidə Missiyasının Xüsusi Koordinatoru və rəhbəri təyin edilib, ATƏT PA nümayəndə heyətinə isə Monteneqro Parlamentinin üzvü Evrosima Pejoviç rəhbərlik edəcək.
1 dəqiqədən az