Bələdiyyə seçkiləri bütöv Azərbaycan ərazisində keçiriləcək
Bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib
Bələdiyyə seçkiləri ilə bağlı 16096 nəfər namizəd qeydə alınıb.
Bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, 8071 üzv seçilməlidir.
"İşğaldan azad olunmuş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək. Amma hesab edirəm ki, növbəti seçkilərdə artıq Azərbaycanın bütün ərazilərində bələdiyyə seçkiləri keçiriləcək", - MSK sədri əlavə edib.
Qeyd edək ki, Azərbaycanda yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək.