XƏBƏRLƏR / Seçki

Prezident seçkilərində 7 namizəd iştirak edəcək

Bu barədə Mərkəzi Seçki Komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.

Prezident seçkilərində 7 namizəd iştirak edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Mərkəzi Seçki Komissiyası (MSK) Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin, Fuad Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

    Bu barədə Mərkəzi Seçki Komitəsinin (MSK) bu gün keçirilən iclasında məlumat verilib. 

    Qeyd edək ki, MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. MSK-nın bu il yanvarın 6-da keçirilən toplantısında isə Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi təsdiqlənib.

    Beləliklə, prezident seçkilərində 7 namizəd iştirak edəcək. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.