Sabah Azərbaycanda qeyri-iş günüdür
Yanvarın 29-da ölkədə bələdiyyə seçkiləri keçiriləcək

Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur.
Qeyd edək ki, sabah keçiriləcək Bələdiyyə seçkilərində seçki məntəqələri səhər saat 08:00-da açılacaq və səsvermə prosesi saat 19:00-da yekunlaşacaq.
Seçkilərdə ümumilikdə 685 bələdiyyə üçün 16 min 96 namizəd mübarizə aparır.