XƏBƏRLƏR / Seçki

“Gürcü Arzusu” Partiyası parlament seçkilərində liderdir

Gürcüstan Mərkəzi Seçki Komissiyası xəbər verir

“Gürcü Arzusu” Partiyası parlament seçkilərində liderdir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürcüstanda seçki məntəqələrinin 97%-nin məlumatları hesablandıqdan sonra  “Gürcü arzusu”  parlament çoxluğunu əldə edir.

    Bu barədə "Sputnik" xəbər verib.

    Gürcüstanda ilk dəfə parlament seçkiləri yalnız proporsional sistem üzrə (partiya siyahıları əsasında) və geniş miqyasda elektron texnologiyalardan - səslərin yoxlanılması və hesablanması aparatlarından istifadə etməklə keçirilib.

    MSK-nın məlumatına görə, 3 018 seçki məntəqəsi üzrə səsvermənin nəticələri hesablandıqdan sonra 1 087 801 seçici və ya seçkilərdə iştirak edənlərin 54,24%-i “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasına səs verib.

    Seçicilərin 37,33%-i müxalifət partiyalarına səs verib, xüsusən:

    "Dəyişiklik üçün Koalisiya" ("Axali", "Girçi - daha çox azadlıq", "Droa") - 10,81%,

    "Birlik - milli hərəkat" ("Vahid Milli Hərəkat", "Aqmaşenebeli Strategiyası", "Avropa Gürcüstanı") - 10,07%,
    “Güclü Gürcüstan” (“Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq Meydanı”, “Vətəndaşlar”) - 8,72%,
    “Gürcüstan üçün” – 7,73%.

    Gürcüstanda keçirilən parlament seçkilərində seçici fəallığı, ilkin məlumatlara görə, 58,94% təşkil edib.
    Keçmiş hakim “Birlik – Milli Hərəkat” partiyasının rəhbərlik etdiyi müxalifət koalisiyası və “Milli Hərəkatın” keçmiş üzvlərindən ibarət “Dəyişiklik Koalisiyası” Gürcüstan parlamentinə keçirilən seçkilərin Mərkəzi Seçki Komissiyasının dərc etdiyi nəticələri tanımaqdan imtina edib.