XƏBƏRLƏR / Seçki

Ərdoğan “Gürcü Arzusu”nu qələbəsi münasibətilə təbrik etdi

Bu barədə Gürcüstan mətbuatı xəbər verir

Ərdoğan “Gürcü Arzusu”nu qələbəsi münasibətilə təbrik etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni “Gürcü Arzusu” partiyasının seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

    Gürcüstan mətbuatı xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan gürcü xalqının iradəsini ortaya qoyan seçkilərin dinc və təhlükəsiz şəraitdə keçdiyini qeyd edib.

    “2024-cü il oktyabrın 26-da keçirilmiş parlament seçkilərində liderliyinizlə “Gürcü Arzusu” partiyasını qələbəsi və birinci yeri tutması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, seçkilərin nəticələri Gürcüstan xalqına və regionumuza uğur gətirəcək. Sevindirici haldır ki, gürcü xalqının iradəsini ortaya qoyan seçkilər dinc və təhlükəsiz şəraitdə keçdi. Fürsətdən istifadə edərək, bir daha Sizə cansağlığı və xoşbəxtlik, dost Gürcüstan xalqına isə firavanlıq və xoşbəxtlik arzulayıram”, - deyə Türkiyə Prezidenti qeyd edib.

    Beləliklə Türkiyə “Gürcü Arzusu” partiyasının seçkilərdəki qələbəsi münasibətilə təbrik edən 5-ci ölkə oldu. Bundan əvvəl Azərbaycan, Ermənistan, Macarıstan və Almaniyadan “Gürcü Arzusu”nun ünvanına rəsmi təbriklər daxil olmuşdu.