Macarıstan Avropanın anti-Lukaşenko bəyanatını blokladı
Aİ ölkələri Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımamaq haqda bəyanat layihəsini irəli sürüb

Macarıstan Aİ ölkələrinin Belarusda keçirilən prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı birgə bəyanatını bloklayıb.
Aİ-nin bütün 27 ölkəsinin nümayəndələrinin imzası olmadan Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaja Kallas və Avropanın Genişlənmə üzrə komissarı Marta Kos öz bəyanatını yayıblar.