XƏBƏRLƏR / Seçki

Fransada parlament seçkilərinin ikinci turudur

Fransa mənbələri xəbər verir

Fransada parlament seçkilərinin ikinci turudur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bazar günü Fransa parlamentinin aşağı palatasına seçkilərin ikinci turu keçiriləcək.

    Fransa mənbələri xəbər verir ki, seçki məntəqələrinin əksəriyyəti yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) açılacaq və iş saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) başa çatacaq.

    Bəzi şəhər və departamentlərdə məntəqələrin cədvəli fərqli ola bilər. Xüsusilə böyük şəhərlərdə, o cümlədən Parisdə fransalılar saat 20:00-a qədər (Bakı vaxtı ilə saat 22:00) səs verə biləcəklər.

    Qeyd olunur ki, seçkilərin ilk nəticələrinin yerli vaxtla saat 20:00-dan sonra açıqlanacağı gözlənilir.