XƏBƏRLƏR / Seçki

Gün ərzində 5 dəfə seçici fəallığı haqda məlumat veriləcək

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün MSK-da jurnalistlərə açıqlamasında deyib

Gün ərzində 5 dəfə seçici fəallığı haqda məlumat veriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gün ərzində 5 dəfə dairə seçki komissiyalarından məlumatlar əldə ediləcək.

    Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün MSK-da jurnalistlərə açıqlamasında deyib.

    MSK sədri bildirib ki, ictimaiyyət saat 10:00, 12:00, 15:00, 17:00, 19:00-da seçici fəallığı ilə bağlı məlumatlandırılacaq.

    Qeyd edək ki, bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Səsvermə prosesi saat 08:00-dan 19:00-dək davam edəcək.