XƏBƏRLƏR / Seçki

Sinan Oğlan da səs verdi

Prezidentliyə namizəd səsvermə hüququ olan bütün vətəndaşları seçkidə iştirak etməyə çağırıb

Sinan Oğlan da səs verdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyədə prezident və parlament seçkiləri davam edir.  ATA İttifaqının namizədi Sinan Oğan həyat yoldaşı ilə birlikdə seçki məntəqəsinə gedərək səs verib.

    Prezidentliyə namizəd səsvermə hüququ olan bütün vətəndaşları seçkidə iştirak etməyə çağırıb.

    "Millətimizə, məmləkətimizə xeyirli olsun. Hamını seçkidə iştirak etməyə çağırıram. Seçkini bayram ab-havasında keçirək", - deyə S. Oğan bildirib.

    Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq. Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.