XƏBƏRLƏR / Seçki

Türkiyədə səsvermə başlayıb FOTO

Türkiyədə Prezident və 28-ci çağırış Parlament seçkiləri keçirilir

Türkiyədə səsvermə başlayıb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyədə Prezident və 28-ci çağırış Parlament seçkiləri keçirilir.

    Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

    Bununla yanaşı Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.

    Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.

    Səsvermə Ankara vaxtı ilə saat 08:00-da başlayıb və saat 17:00-dək davam edəcək.

    Seçki qutusunun başında olacaq məmurlar and içərək işə başlayıblar

    Yüksək Seçim Qurumunun (MSK) sədri Ahmet Yener ilkin nəticələrin həmin gün elan olunacağını bildirib.

    Televiziya və radioların, ümumiyyətlə bütün KİV-in saat 18:00-dək seçki və səsvermənin nəticələri ilə bağlı xəbər, proqnoz və təhlil verməsi qadağandır. Saat 18:00-21:00 arasında yalnız MSK-nın məlumatları yayımlanacaq. Yayımlar saat 21:00-dan sonra sərbəst olacaq.

    Türkiyədəki seçkilər bütün dünyada, xüsusən Azərbaycanda böyük maraqla izlənilir.

    Qeyd edək ki, ötən günlərdə "Məmləkət" partiyasının sədri Məhərrəm İncə Türkiyə prezidentliyinə namizədliyini geri götürdüyünü açıqlayıb.