XƏBƏRLƏR / Seçki

MSK sədri beynəlxalq təşkilatlara çağırış edib

"Biz bütün mərhələlərdə şərait yaradırıq"

MSK sədri beynəlxalq təşkilatlara çağırış edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Müraciət edən beynəlxalq qurumların nümayəndələrinə həmişə qapılarımız açıq olub.

    Bunu bu gün Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkilərinə həsr olunmuş iclasında MSK sədri Məzahir Pənahov bildirib.

    Məzahir Pənahov deyib ki, MSK müəyyən qərəzli münasibət görəndə onu da açıq şəkildə müzakirə edib: “Yenə də beynəlxalq təşkilatlar hər hansı məsələni qaldırsa, bunu açıq şəkildə ictimaiyyətə çatdıracaq və müzakirələri də o cür, açıq aparacağıq. Mətbuatı da həmin proseslərdə iştiraka dəvət edəcəyik. Burada yaradılan şəraitdən istifadə etməyərək kimdənsə soruşaraq bizə edilən şikayəti qəbul etməyəcəyik. Biz bütün mərhələlərdə şərait yaradırıq, ancaq bəziləri bu yaradılan şəraitdən istifadə etmir, gedir qıraqdan kiminsə dediyinə inanır. Ancaq bəzən qurumlar siyasi əhəmiyyət daşıyan məsələlərə diqqət edirlər”.