XƏBƏRLƏR / Seçki

İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb

İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.

    Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.

    Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.