Rumıniyada prezident seçkilərinin nəticəsi məlum olub
Paytaxt Buxarestin meri böyük fərqlə ifrat sağçı namizəd Jorj Simionu qabaqlayıb

Rumıniyada prezident seçkilərinin ikinci turunun nəticəsi məlum olub.
Paytaxt Buxarestin meri Nikuşor Dan böyük fərqlə ifrat sağçı namizəd Jorj Simionu qabaqlayıb.
1969-cu ildə Faqaras şəhərində anadan olmuş Dan ixtisasca riyaziyyatçıdır. O, iki dəfə beynəlxalq olimpiadada qalib olub, 90-cı illərdə Sorbon Universitetində doktorluq dissertasiyası müdafiə edib.
Nikuşor Dan aktiv siyasi fəaliyyətdə başlıca olaraq qanunsuz məskunlaşma ilə mübarizəsinə görə yadda qalıb.