XƏBƏRLƏR / Seçki

ABŞ Azərbaycan seçkilərinə dair ATƏT-in rəyi ilə razıdır

Bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib

ABŞ Azərbaycan seçkilərinə dair ATƏT-in rəyi ilə razıdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ 1 sentyabrda Azərbaycanda keçirilmiş və müstəqil müşahidəçilərin “rəqabətsiz müsabiqə" adlandırdığı parlament seçkilərini çərşənbə günü tənqid edib. Bu barədə "Turan"ın Vaşinqton müxbiri məlumat verir.

    “Biz Sentyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı ATƏT-in missiyasının hesablamaları və narahatlığı ilə bölüşürük", - Dövlət Departamentinin sözcüsü Metyu Miller gündəlik mətbuat konfransında "Turan"ın suallarına cavabda deyib.

    "Biz Azərbaycanı ATƏT-in əvvəlki və sonrakı tövsiyələrini yerinə yetirməyə və ölkənin Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq əhalinin əsas azadlıqlarını təmin etməyə çağırırıq"- deyə sözçü deyib.