XƏBƏRLƏR / Seçki

Müşahidəçilər onların məntəqədən çıxarıldığını deyirlər

Bu barədə onlar "Turan" agentliyinə bildiriblər

Müşahidəçilər onların məntəqədən çıxarıldığını deyirlər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Belə ki, müşahidəçi Cavid Nəbiyev bildirib ki, onu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13-cü məntəqəsindən çıxarıblar.

    Nəbiyevin sözlərinə görə, o, sadəcə, seçki prosesini müşahidə edib və heç bir pozuntu törətməyib. Lakin məntəqə seçki komissiyasında ona qarşı protokol tərtib edilib və o, məntəqədən çıxarılıb.

    Analoji hadisə eyni dairənin 1-ci məntəqəsində də qeydə alınıb.

    Orada müşahidəçini polisin vasitəsilə məntəqədən çıxarıblar.

    23 saylı dairə seçki komissiyasında Turan-a bildiriblər ki, müşahidəçilər "seçki prosesinə maneələr yaratdıqlarına" görə çıxarılıblar.

    Həmçinin bildirilir ki, 23 saylı dairənin 2-ci məntəqəsində bəzi seçicilərə əvvəlcədən küncləri kəsilmiş bülletenlər verilib.

    Dairə komissiyasında bu məlumatı da təkzib ediblər.