Prezident seçkiləri üçün seçki bülletenləri çap edilir
Media nümayəndələri çap prosesi ilə tanış olub
Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb.
Media nümayəndələri çap prosesi ilə tanış olub.
Qeyd edək ki, prezident seçkiləri ilə əlaqədar 6 524 203 (altı milyon beş yüz iyirmi dörd min iki yüz üç) seçki bülleteni çap edilməsi nəzərdə tutulub.
Bir həftəyə seçki bülletenlərinin çap işləri başa çatacaq.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.
Onun sözlərinə görə, ilk növbədə seçki bülletenləri Naxçıvana göndəriləcək. Bundan sonra qrafikə uyğun olaraq digər dairə seçki komissiyalarına bülletenlər göndəriləcək.